Bakının daha bir mərkəzi yolu bağlanıb
27 mart 2013 12:06 (UTC +04:00)

Bakının daha bir mərkəzi yolu bağlanıb

Bakı şəhərinin Yasamal rayonu ərazisində yol bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Murtuza Muxtarov küçəsinin Molla Vəli Vidadi küçəsi ilə kəsişməsindən Əhməd Cavad küçəsi ilə kəsişməyə qədər olan hissəsində təmir-tikinti, bərpa işləri həyata keçirilir. Yol nəqliyyatın hərəkəti üçün tamamilə bağlıdır.

 

Bu istiqamətdə hərəkət edən sürücülər alternativ olaraq Zərgər Palan küçəsindən istifadə edə bilərlər. Sürücülər eyni zamanda Mirzağa Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektinə qalxaraq hərəkətə davam edə bilərlər.

# 1205
avatar

Nizam Rza

Oxşar yazılar