<span style="color:red;">Bazar gününün havası <b>: 33 dərəcə isti, arabir yağış </b>
04 iyun 2016 12:02 (UTC +04:00)

Bazar gününün havası: 33 dərəcə isti, arabir yağış

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 17-21, gündüz  25-30, Bakıda gecə 18-20 dərəcə, gündüz 27-29 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   

 

Havanın temperaturu Aran rayonlarında gecə  17-22, gündüz 29-33, dağlıq rayonlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216

Oxşar yazılar