
Bu rayonun kəndlərinə qaz verildi
Bu gün Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib.
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və “Azəriqaz” İstehsalat Birliyi nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.
Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 faizə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb. Ümumilikdə 2 kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.
Oxşar yazılar

İnsanlar istidən axmaq olurlar: belə havanın beyinə necə təsir etdiyi AÇIQLANDI
10 avqust 2025 , 19:30
Bu BÜRCLƏRİN həyatı tezliklə kəskin dəyişəcək: tale nə hazırlayıb?
10 avqust 2025 , 18:28
Mələk aurası olan insanların doğulduğu 4 tarix: onların arasında sizinki də var?
10 avqust 2025 , 17:57
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
10 avqust 2025 , 14:46
Ayın 6, 15 və 24-də doğulanların xarakteri: istedadınız və uğura aparan yolunuz nədir
10 avqust 2025 , 13:18
Sabah çimərliklərə getmək istəyənlərin DİQQƏTİNƏ
10 avqust 2025 , 12:16
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
10 avqust 2025 , 12:01