Cernobıl əlilləri ilə görüş olub
24 aprel 2013 12:46 (UTC +04:00)

Cernobıl əlilləri ilə görüş olub

0

Bu gün Səbail rayon İcra Hakimiyyətində Çernobıl qəzasının ildönümü ilə əlaqədar görüş keçirilib. RİH-dən Lent.az-a verilən məlumata görə, qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüşdə icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova çıxış edərək bildirib ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunmuş, 32 nəfər sanatoriyaya göndərilmiş, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılmışdır. 

 

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1047

Oxşar yazılar