Çimərliklər mövsümə hazırdırmı?  - <span style="color:red;">ARAŞDIRMA APARILIR
03 iyun 2019 13:44 (UTC +04:00)

Çimərliklər mövsümə hazırdırmı? - ARAŞDIRMA APARILIR

İsti havada insanların daha çox üz tutduğu yerlərdən biri də çimərliklərdir. Çimərlik mövsümü açıq elan olunmasa da, havaların isti keçməsi insanları dənizə üz tutmağa vadar edir. 

Bəs çimərliklərimiz mövsümə hazırdırmı? Çimərliklərdə suyun vəziyyəti necədir?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Lent.az-a verdiyi açıqlamada bildirib ki, hazırda çimərliklərdə suyun vəziyyəti ilə bağlı monitorinqlər aparılır: “May ayından başlayaraq Abşeron yarımadasından, Bakı şəhər inzibati rayonlarının ərazisindən, eyni zamanda respublikanın şimal və cənub rayonlarından dəniz suyundan götürülən nümunələr üzərində tədqiqatlar aparılır. Hələ ki, monitorinqlərin nəticəsi yekunlaşmayıb. Çalışırıq ki, qısa zamanda-hətta bayrama kimi ictimaiyyəti bu barədə məlumatlandıraq”.  

Şöbə müdirinin dediyinə görə, çimərlik suyunun monitorinqləri may ayından başlayaraq hər 15 gündən bir oktyabrın 1-nə kimi davam etdirilir.

O qeyd edib ki, ötən il Sumqayıt şəhərinin ərazisindəki çimərliklərdə, Səbail rayon Şıx çimərliyində, həmçinin Qaradağ rayonundakı Sahil çimərliyində bakteroloji çirklənmə aşkar edilmişdi: “Dəniz suyunda aşkar olunan çirklənmə  mövsümün sonuna kimi dəyişmədi”.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bverilən məlumata görə, nazirlik iyunun 4-də çimərliklərlə bağlı mətbuat konfransı keçirəcək və əhalini məlumatlandıracaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833

Oxşar yazılar