Elmar Məmmədyarov İsrail parlamentinin sədri ilə görüşüb
24 aprel 2013 10:46 (UTC +04:00)

Elmar Məmmədyarov İsrail parlamentinin sədri ilə görüşüb

0

Aprelin 23-də xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində Knessetin sədri Yuli Edelşteyn ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarovun İsrailə səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğu, ikitərəfli münasibətlərin inkişaf etdiyi bildirilib.

 

Yuli Edelşteyn Azərbaycanın tolerant ölkə olduğunu və İsrailin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Elmar Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirib, ölkəmizdəki tolerantlıqdan söz açıblar.

 

Yəhudi təşkilatlarının nümayəndələri Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu söyləyiblər. Onlar bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əmin olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar