Ernst & Young UNEC-in maliyyə hesabatlarına müsbət rəy verib
13 oktyabr 2015 14:30 (UTC +04:00)

Ernst & Young UNEC-in maliyyə hesabatlarına müsbət rəy verib

İqtisad Universitetində (UNEC) obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə növbəti yeniliyə imza atılıb.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in Elmi Şurasının qərarına əsasən 2014-cü il üzrə maliyyə hesabatlarının auditi həyata keçirilib. Auditi dünyada böyük nüfuza malik olan Ernst & Young şirkəti aparıb.

Ernst & Young UNEC-in 2014-cü il üçün maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələri haqqında hesabat, xalis aktivlərdə dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici qeydlərin icmalından ibarət olan ilkin maliyyə hesabatlarının auditini Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirib.

Nəticələrə əsasən, UNEC-in 2014-cü il üçün maliyyə hesabatlarına müsbət rəy verilib. Ernst & Young-ın yekun rəyinə əsasən, UNEC-in 31 dekabr 2014-cü il tarixinə və həmin tarixdə başa çatan il üzrə ilkin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na tam uyğun hesabatlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar