Gələn il magistratura təhsili ilə bağlı dəyişiliklər olacaq
29 dekabr 2016 17:11 (UTC +04:00)

Gələn il magistratura təhsili ilə bağlı dəyişiliklər olacaq

Növbəti ildən yaradıcılıq ixtisasları (teatrşünaslıq, aktyor sənəti, rejissorluq, heykəltəraşlıq, rəssamlıq, musiqi və.s) üzrə magistratura təhsilində dəyişikliklər olacaq.

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlov bildirib ki, bu ixtisaslar üzrə tələbələr 2 il deyil, 1 il yarım təhsil alacaq: “ Və onlara təhsilini bitirdikdən sonra elmi-ixtisas deyil, ixtisas dərəcəsi veriləcək. Çünki bu ixtisaslar üzrə hansısa elmi-araşdırma, elmi-tədqiqat aparmağa ehtiyac yoxdur”.

S.Gözəlov əlavə edib ki, sadəcə ixtisas dərəcəsi alacaq tələbələrə ali təhsilin növbəti səviyyəsinə getməyə icazə verilməyəcək: “ Yəni elmi ixtisas dərəcəsi alan tələbə elmi-tədqiqat işi aparıb hansısa dissertasiyanı müdafiə edə biləcək, amma ixtisas dərəcəsi alan tələbə bunu edə bilməyəcək”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar