II tura keçid balları müəyyən olundu
23 aprel 2013 13:44 (UTC +04:00)

II tura keçid balları müəyyən olundu

0

ARDNŞ istedadlı, gənc neftçi mütəxəssislərin yetişdirilməsi və həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq  Təqaüd Proqramı həyata keçirir.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, fevralın 18-dən martın 15-dək 2012 -2013-cü tədris ili üzrə Daxili Təqaüd Proqramına sənəd qəbulu həyata keçirilib və 4 həftə davam edib. 2505 tələbədən 2 min 128 nəfəri müsabiqədə iştirak etmək hüququ qazanıb.

 

1904 nəfər test imtahanına buraxılıb. Aprelin 14-də müsabiqənin I mərhələsi  keçirilib, tələbələrin məntiqi bilikləri yoxlanılıb. Müsabiqənin II turuna vəsiqə qazanmış tələbələrin siyahısının müəyyən olunması məqsədilə, aprelin 22-də ARDNŞ-in baş ofisində Daxili Təqaüd Proqramının Müsahibə Komissiyasının iclası keçirilib. Aparılan müzakirələr, verilən təkliflər nəticəsində ixtisas qrupları üzrə keçid balları müəyyən olunub. Nəticələrə əsasən, II mərhələyə 398 nəfər namizəd vəsiqə qazanıb.                               

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1727

Oxşar yazılar