Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəblərdə olub.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, dövlət başçısı 265 nömrəli tam orta məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir edilən binada başlayacaq.
***
Bakıda orta məktəblərdən birinin yeni tədris korpusu açılıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezidenti İlham Əliyev Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin yeni inşa edilən tədris korpusunda yaradılan şəraitlə tanış olub.