Məhkumlar hansı qəzetləri oxuya bilərlər?
24 aprel 2013 13:11 (UTC +04:00)

Məhkumlar hansı qəzetləri oxuya bilərlər?

0

“Məhkumlar öz hesabına istənilən qəzet və ya jurnalı ala bilərlər”. Bunu Lent. az-a Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Onun sözlərinə görə, Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri və təcridxanalara hər gün onlarca çap  məhsulu gətirilir: “Azərbaycan qanunvericiliyinə uyğun olaraq hər bir məhkumun öz hesabına,  qəzet və jurnalları əldə etmək hüququ var. Bunun üçün məhkumlar həmin qəzetlərə abunə olurlar və  çatdırılması poçt vasitəsi ilə təmin edilir. Bundan başqa hər bir müəssisə 15-dən artıq qəzet və jurnala abunə olur. Hər gün müəssisələrə  “Azərbaycan”, “Respublika”, “Xalq”, “Ədalət”, “Cəmiyyət və Din” qəzetləri, həmçinin “Qanunçuluq” jurnalı çatdırılır”.

 

M. Sadıqov onu da bildirib ki,  “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları abunə olmadığından istənilən məhkum bu nəşrləri öz hesabına  əldə edə bilər.

 

Qeyd edək ki, bəzi hallarda qəzetlərin məhkumlara çatdırılmasında problemlər yaranır. Penitensiar Xidmətdən  bunun sırf texniki məsələlər olduğu bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 892

Oxşar yazılar