
MİDA sosial ev almaq istəyənlərə MÜRACİƏT ETDİ
“Elektron hökumət” portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 2019-cu il iyulun 12-si və 14-də həyata keçirilən onlayn mənzil seçimi prosesi başa çatmış, seçim prosesi yekunlaşdıqdan sonra nüfuzlu beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil etmiş və öz müsbət “SOC 3” rəyini təqdim etmişdir.
Bu barədə Lent.az-a Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəyə verilmiş "Güzəştli mənzil" sistemi Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu, sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı “Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.
Bununla yanaşı, “Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu”nun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması kimi tələblərinə uyğun olaraq “Güzəştli mənzil” sistemindən istifadə zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə müvafiq təkmilləşdirilmə işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müntəzəm olaraq davam etdirilir.
Yuxarıda sadalanan tələblərdən biri də mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunun daxil edilməsi ilə bağlıdır. "Güzəştli mənzil" sistemində tətbiq edilən bu yenilik mənzil seçimi zamanı şəffaflığın təmin olunması, bərabər şəraitin yaradılması prinsipinin qorunub saxlanılmasına imkan verəcək, eyni zamanda sistemin təhlükəsizliyini daha da möhkəmləndirəcək.
Oxşar yazılar

Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız - Ən yüksək və az maaşlı sahələr
15 avqust 2025 , 20:15
Bu rayonda qaz olmayacaq
15 avqust 2025 , 17:52
Günəşdən qoruyucu kremi necə düzgün seçmək olar? - Dermatoloqun məsləhətləri
15 avqust 2025 , 16:57
Avtomobilin salonunu ən tez necə soyutmaq olar? - ÜSULLAR
15 avqust 2025 , 15:45
Təhsil haqlarını artıranda əhalinin vəziyyətini düşünmək lazımdır - DEPUTAT
15 avqust 2025 , 15:30
Sabah çimərlikdə hava belə olacaq
15 avqust 2025 , 15:16
Ukraynaya növbəti humanitar yardım yola salındı
15 avqust 2025 , 14:12