Daha bir qurum Nəqliyyat Nazirliyindən alınacaq
20 oktyabr 2015 13:47 (UTC +04:00)

Daha bir qurum Nəqliyyat Nazirliyindən alınacaq

 

 

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub.

 

APA-nın məlumatına görə, belə bir təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

 

O bildirib ki, onsuzda bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək: “Hesab edirik ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək”.

 

Ə. Hüseynlinin təklifinə deputat Adil Əliyev də dəstək verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar