2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əgər 2015-ci ildə şöbəyə 2462 müraciət daxil olmuşdursa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib.
Müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin, 21% - dəm və başqa qazların toksiki təsirinin, 14,1% - yandırıcı məhlullardan zəhərlənmələrin payına düşür.
Qeyd edək ki, il ərzində Səhiyyə Nazirliyi tərəfindən əhalinin toksikoloji zəhərlənmələrə maarifləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
Toksikoloji zəhərlənmə halları ilə ölkədə əhaliyə göstərilən tibbi xidmət sahəsində aparıcı müəssisə kimi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə mütəmadi olaraq toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancma kimi şikayətlərlə müraciətlər qeydə alınır.
Məlum olduğu kimi, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsi 27 iyul 1982-ci ildən fəaliyyət göstərir.