Sumqayıtdakı liftlərin təmirinə 3,7 milyon pul ayrıldı
13 oktyabr 2015 17:54 (UTC +04:00)

Sumqayıtdakı liftlərin təmirinə 3,7 milyon pul ayrıldı

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az AzərTAca-a istinadən xəbər verir ki, sərəncama əsasən, Maliyyə Nazirliyinə  Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılmasını təmin etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar