Qənirə Paşayeva Əlimərdanlıda görüş keçirib
19 oktyabr 2015 11:00 (UTC +04:00)

Qənirə Paşayeva Əlimərdanlıda görüş keçirib

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Əlimərdanlı kəndində görüş keçirib.

 

Lent.az-ın məlumatına görə, Qənirə Paşayeva 10 il ərzində görülən işlərlə bağlı geniş məlumat verib və gənclər arasında təhsilə və mütaliəyə daha böyük marağın yaradılması, vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə daxil olan gənclərin sayının hər il artdığını bildirib.

Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb. Qənirə Paşayeva Əlimərdanlı kəndinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 14-ə yaxın kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub.

Tovuz Azərbaycan xalqının köklərinin bağlı olduğu aşıq musiqisinin mərkəzlərindən biridir, bu torpaq Azərbaycana və dünyaya böyük ustad aşıqlar bəxş edib deyən Qənirə Paşayeva gənclərin bu məktəbi yüksək səviyyədə davam etdirməsinin zəruriliyini vurğulayıb. Millət vəkili 10 illik fəaliyyəti dövründə Azərbaycanın qədim bölgələrindən biri olan Tovuzun tarixinin, abidələrinin, toponimlərinin araşdırılaraq yazılan kitabın çapına və çəkilən sənədli filmə də böyük məmnuniyyətlə dəstək verdiyini vurğulayıb və gələcəkdə də bu cür kitabların yazılmasına və sənədli filmlərin çəkilməsinə ehtiyac olduğunu deyib.

Q. Paşayeva 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib.

Görüşdən sonra millət vəkili bir sıra kənd sakinlərini tək-tək dinləyib, onları narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178

Oxşar yazılar