Sabah leysan olacaq
08 oktyabr 2015 12:52 (UTC +04:00)

Sabah leysan olacaq

0

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludulu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə  11-13, gündüz 14-16 dərəcə isti olacaq.  

 

Sabah Azərbaycanın bölgələrində əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9 -14, gündüz 14-18, dağlıq ərazilərdə gecə  2-5, gündüz 5-10 dərəcə isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar