
Sabahın hava PROQNOZU
Avqustun 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Abşeron çimərliklərində gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 29-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

İnsanlar istidən axmaq olurlar: belə havanın beyinə necə təsir etdiyi AÇIQLANDI
10 avqust 2025 , 19:30
Bu BÜRCLƏRİN həyatı tezliklə kəskin dəyişəcək: tale nə hazırlayıb?
10 avqust 2025 , 18:28
Mələk aurası olan insanların doğulduğu 4 tarix: onların arasında sizinki də var?
10 avqust 2025 , 17:57
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
10 avqust 2025 , 14:46
Ayın 6, 15 və 24-də doğulanların xarakteri: istedadınız və uğura aparan yolunuz nədir
10 avqust 2025 , 13:18
Sabah çimərliklərə getmək istəyənlərin DİQQƏTİNƏ
10 avqust 2025 , 12:16
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
10 avqust 2025 , 12:01