
Şagirdlərin və valideynlərin nəzərinə: TƏLƏSİN!
2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.
Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.
Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə, dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir.
Oxşar yazılar

Ayın 13-ü bu BÜRCLƏR üçün düşərli olacaq: Kədərli anlar geridə qalacaq
13 avqust 2025 , 00:02
Sabah bu rayonun qazı kəsiləcək
12 avqust 2025 , 19:55
Bu 3 BÜRC avqustda əsl sıçrayış hiss edəcək: Siyahıda kimlər var
12 avqust 2025 , 18:35
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə - Blogerlər nə qədər vergi verir?
12 avqust 2025 , 15:31
Bu xəstəxanalara yeni baş həkimlər təyin edildi
12 avqust 2025 , 15:05
Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var
12 avqust 2025 , 14:07
125 min uşaq birinci sinfə gedəcək
12 avqust 2025 , 13:49