“Salyanda doğulan üçəmlərdən sağ qalanının vəziyyətində ümumi stabilləşmə müşahidə olunur”.
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev Lent.az-a açıqlamasında bildirib ki, yeni doğulmuş körpənin vəziyyəti stabildir, irəliləyiş var: " Körpənin intensiv müalicəsi davam etdirilir. Tam sağalması üçün müddət lazımdır. Hazırda körpə süni nəfəs aparatından ayrılıb, tənəffüsü idarə olunur. Spap rejimində ona yüksək təzyiq altında oksigen verilir”.
Qeyd edək ki, bir neçə gün öncə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olduğu üçün Bakıya - Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna gətirilib.