UNEC “Best Performance” sertifikatına layiq görülüb
12 oktyabr 2015 16:29 (UTC +04:00)

UNEC “Best Performance” sertifikatına layiq görülüb

 

İqtisad Universiteti (UNEC) 9-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinin “Best Performance” sertifikatına layiq görülüb. Mükafat universitetə sərgidə ən yaxşı təqdimata görə verilib.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünyanın 16 ölkəsindən 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı sərgidə UNEC “Best Performance” sertifikatına layiq görülən yeganə universitetdir.

UNEC sərgidə əsasən dörd yeni təqdimatla diqqəti çəkib – London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramı, ikili diplom proqramları, Beynəlxalq İqtisadiyyat Məktəbi və elektron universitet layihəsi. UNEC-in Mevlana və Erasmus+ proqramları, təkrar ali təhsil, yenidənhazırlanma təhsil və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, 4 dildə tədris imkanlarının olması, 21 ixtisas üzrə təhsil, MBA proqramı, Karyera Mərkəzinin fəaliyyəti, korporativ sektorla geniş əlaqə, məzun yarmarkalarının keçirilməsi sərgi iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, 2014-cü ildə keçirilən 8-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində UNEC-in stendi dolğun informasiyanın əks olunması və xarici görünüşünə görə “Ən Yaxşı Universitet Təqdimatı” sertifikatına layiq görülmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar