Yasamalda daha bir yol təmirə bağlandı
27 mart 2013 12:46 (UTC +04:00)

Yasamalda daha bir yol təmirə bağlandı

Bakı şəhərinin Yasamal rayonu ərazisindəki daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Əsəd Əhmədov küçəsinin (keçmiş adı. Talıbllı küç.) Dadaş Bünyadzadə küçəsi ilə kəsişməsində aparılan təmir-qazıntı işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Təmir işlərinin nə vaxt başa çatacağı hələlik bilinmir. Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

# 816
avatar

Nizam Rza

Oxşar yazılar