Sabah bulvarda atraksionlar pulsuz olacaq
29 dekabr 2016 16:17 (UTC +04:00)

Sabah bulvarda atraksionlar pulsuz olacaq

 

Yeni il şənliyi ilə bağlı bayram axşamı bulvar ərazisində atəşfəşanlıq olacaq.

 

Bunu Lent.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

 

N.Məcidov onu da qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə bulvar idarəsinin əməkdaşları artıq atəşfəşanlıq keçiriləcək yerə baxış keçiriblər: “Atəşfəşanlıq saat qülləsinin yanındakı estakadanın üzərində, dənizin içərisində quraşdırılacaq. Bayram günü keçiriləcək konsert proqramı haqqında bizdə məlumat yoxdur. Bulvar idarəsi özü konsert keçirməyi planlaşdırmır, amma Bakı Şəhər İcra Hakimiyyətinin keçirib-keçirməyəcəyini bilmirik”.

 

N.Məcidov bildirib ki, Yeni il şənliyi ilə bağlı hər il olduğu kimi artıq iki yerdə  iri şam ağacları quraşdırılıb: “Onun biri Kukla teatrının arxasında böyük meydançada monitorun qarşısındadır. Hündürlüyü 36 metrdir. Digəri isə “Port Baku” ilə üzbəüz bulvarın yeni hissəsindədir. 

Həmin ağacların da yanında bayram günləri - dekabrın 30, 31-i və yanvarın 1-də Şaxta baba və Qar qız fəaliyyət göstərəcək. Bu il də hər il olduğu kimi Şaxta baba və Qar qız olmaq üçün müraciət edənlər Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən lisenziya aldıqdan sonra şəhərin hər yerində fəaliyyət göstərə bilərlər. Bu il də Bulvar İdarəsi olaraq  Şaxta baba və Qar qız olmaq istəyənlərdən görkəm, geyim və intellektual səviyyələri ilə bağlı tələblərimiz var”.

 

İdarə rəsmisi deyib ki, özünün fotoaparatı, yaxud videokamerası olan insanlar şam ağaclarının yanında Şaxta baba və Qar qızla pulsuz şəkil şəkil və ya video çəkdirə bilərlər: "Amma əgər Bulvar İdarəsinin fotoqrafı orda kiminsə şəkilini çəkəcəksə, təbii ki, bu ödənişli olacaq”. 

N.Məcidov Yeni il bayramı ilə əlaqədar Bulvar İdarəsinin uşaqlara yeni il hədiyyəsini də açıqlayıb: “Belə ki, dekabrın 30-da saat 10:00-dan günorta 14:00-a qədər 15 yaşına qədər uşaqlar üçün bütün atraksion, karusellər, eləcə də gəzinti qatarları, dəniz gəzintisi pulsuz olacaq". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar