"Zəfər çalmış əsgər" heykəli  ucaldıldı
29 oktyabr 2021 11:47 (UTC +04:00)

"Zəfər çalmış əsgər" heykəli ucaldıldı

Sumqayıt şəhər Şəhidlər Xiyabanında "Zəfər çalmış əsgər" heykəli ucaldılıb.

Bu barədə Lent.az-a Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib. 

Onun sözlərinə görə, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanının girişində olan memorial kompleks yenilənir. 

"Şəhidlər Xiyabanında aparılan yenidənqurma işlərinin 8 Noyabr - Zəfər Gününə qədər yekunlaşması planlaşdırılır. Sumqayıt Şəhidlər xiyabanı 1992-ci ildə salınıb. Hazırda xiyabanda 510 şəhid məzarı var".

 

# 2415
avatar

Nigar Adil

Oxşar yazılar