Zəlzələ bu insanları daha çox qorxudur - MÜTƏXƏSSİS AÇIQLADI
07 dekabr 2023 18:13 (UTC +04:00)

Zəlzələ bu insanları daha çox qorxudur - MÜTƏXƏSSİS AÇIQLADI

Zəlzələ təbii fəlakətlər arasında ən qorxulusu və dəhşətlisi hesab olunur. Zəlzələ zamanı ciddi dağıntılar və digər fəsadlar olmasa da bu hadisə insanların psixologiyasına ciddi təsir edir. İnsanlar duyğu, düşüncə və davranışlarına görə müxtəlif reaksiyalar verə bilirlər. 

Maraqlıdır, görəsən, zəlzələnın insanların psixologiyasına hansı mənfi təsirləri var?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, zəlzələnin insan psixologiyasına təsiri bir sıra xüsusiyyətlərlə bəlli olur.

Onun sözlərinə görə, bu təsir panik atak, iradəsi zəif olan insanlarda özünü daha çox büruzə verir:

“Zəlzələyə məruz qalan şəxs psixoloji sarsıntı keçirir. Şok reaksiyası orqanizm tərəfindən cavab verilən psixoloji müdafiə mexanizmidir. Zəlzələdən dərhal sonra insanda həddindən artıq qorxu hissi, nə etdiyini bilməmək, duyğularını hiss edə bilməmək, reaksiya verə bilməmək, ətrafı və hadisələri tam qavramaq kimi əlamətlər ola bilər. Birdən insana təsir edən ölüm qorxusu panikanın yaranmasına gətirib çıxarır. Elə bir insan yoxdur ki, zəlzələ zamanı onun içində qorxu yaranmasın. İnsanların əksəriyyəti qorxunu qorxu ilə dəf edir, eləsi də var ki, artıq yaşadığı qorxu ilə öz beynində fantaziyalar, nağıllar qurmağa başlayır. Məsələn lüstur biraz tərpənsə zəlzələnin olduğunu düşünərək təlaşlanır. Həmin şəxs qorxunu bütün gün öz içində yaşayır. Məhz bu səbəbdən zəlzələdən sonra hisslərinizi, düşüncələrinizi, kədərinizi basdırmağa çalışmayın. Zəlzələ ilə bağlı hiss və düşüncələrinizi yaxınlarınızla bölüşün”.

# 4896
avatar

Arzu Qurbanlı

Oxşar yazılar