50 İLDƏ İLK:  ABŞ kosmik avadanlığı Aya endi
23 fevral 2024 08:40 (UTC +04:00)

50 İLDƏ İLK: ABŞ kosmik avadanlığı Aya endi

Texasda yerləşən “Intuitive Machines” şirkəti tərəfindən idarə olunan “Odysseus” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığında uğurla eniş edib. Bu, yarım əsrdən çox müddətdə ABŞ-nin Yerin peykinə ilk missiyası və tarixdə tamamilə özəl korporasiya tərəfindən həyata keçirilən ilk buraxılışdır.

Lent.az-ın CNN telekanalına istinadən verdiyi məlumata görə, eniş NASA tərəfindən canlı yayımlanıb. Aparat, planlaşdırıldığı kimi, Ayın cənub qütbünün yaxınlığındakı Malaert A kraterinə enib. Proses zamanı Odysseus avtonom naviqasiya sistemi nasaz olsa da, mühəndislər problemi aradan qaldıra bildilər.

Eniş, 1972-ci ildə başa çatan Apollon 17 missiyasından sonra Amerika kosmik gəmisinin Ay səthinə ilk enişi idi.
"Bu gün ABŞ-ın yarım əsrdən artıq müddətdə ilk dəfə Aya qayıdıb. Bu gün NASA-nın kommersiya tərəfdaşlığının gücünü nümayiş etdirən bir gündür", - NASA Administratoru Bill Nelson bildirib.

“Odysseus”un yeddi gün işləyəcəyi və Günəş enerjisi ilə təchiz ediləcəyi gözlənilir. Modul alətlər dəstini və bəzi NASA texnologiya nümunələrini daşıyır.
 

# 2730
avatar

Oxşar yazılar