Atom mühərrikli təyyarədən rekord: 8 saatlıq yolu 80 dəqiqəyə
09 oktyabr 2022 01:33 (UTC +04:00)

Atom mühərrikli təyyarədən rekord: 8 saatlıq yolu 80 dəqiqəyə

İspaniyalı dizayner Oskar Vinals yeni futurist təyyarə modelıinin eskizini hazırlayıb.

Lent.az xəbər verir ki, çox effektli aerodinamikası ilə seçilən təyyarə atom mühərriki ilə təchiz ediləcək. Plutonium mühərriki sayəsində təyyarənin sürəti saatda 4000 kilometrə çatacaq. Bu da standart təyyarədən 5 dəfə çoxdur.

Yeni təyyarənin Londondan Nyu-Yorka 80 dəqiqəyə çatacağı ehtimal olunur. Müqayisə üçün deyək ki, müasir təyyarələr bu yolu ən tezi 8 saata qət edir. 

Layihənin yaxın illərdə təqdim ediləcəyi gözlənilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5687

Oxşar yazılar