Dünyanın ən yüngül noutbuku  - 880 qram...
02 dekabr 2022 10:29 (UTC +04:00)

Dünyanın ən yüngül noutbuku - 880 qram...

“Asus” dünyanın ən yüngül noutbukunu təqdim edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 14 dümylük bu cihazın çəkisi isə cəmi 880 qramdır.

“ExpertBook B9” adlı noutbukun əsas hissələri maqnezium ərintisindən hazırlanıb.

Noutbukda 14 düymlük Full HD (1920x1080) ekran, 12-ci nəsil “Intel Core” prosessoru, müvafiq olaraq 16GB və ya 32GB yaddaşa malikdir. 1TB və ya 2TB SSD ilə birləşdirilmiş “Intel Iris Xe” inteqrasiya olunmuş qrafika var.

Onun ekranı 180 dərəcəyə qədər əyilə bilir. Noutbuk 66 Vatt gücündə batareyaya malikdir. Bunun sayəsində o 16 saata qədər enerji yığmadan işləyə bilər.

Qeyd edək ki, Çində satışa çıxarılan bu noutbukun qiyməti 2800 dollardır.

# 2718
avatar

Sevinc Fərid

Oxşar yazılar