ABŞ aerokosmik agentliyi NASA gələn il ayətrafı orbitə astronavt göndərəcəyini açıqlayıb.
Lent.az-ın xəbərinə görə, Artemis-1 missiyası ötən dekabrda uğurla tamamlanıb. Göyərtəsində insan olmayan raket Ay ətrafında 25 gün dövrə vuraraq uğurla Yerə qayıdıb.
Gələn dekabrda isə NASA 4 kosmonavtı ayətrafı orbitə yollamağı planlaşdırır. Onların Yerin yeganə təbii peykinə enməsi nəzərdə tutulmur.
Qeyd edək ki, ABŞ-dan olan astronavtlar Aya sonuncu dəfə 1972-ci ildə eniblər.