“Google”un fəaliyyətində problem yarandı
09 avqust 2022 06:19 (UTC +04:00)

“Google”un fəaliyyətində problem yarandı

“Google” şirkətinin təqdim etdiyi xidmətlərdə kütləvi problemlər müşahidə olunur. 

Lent.az-ın xəbərinə görə, bu barədə  Downdetector saytı məlumat verib. Əsas şikayətlər axtarış sistemi ilə bağlıdır. Bununla yanaşı Google Maps servisinin də işində ləngimələr qeydə alınıb.

Problemlə əsasən ABŞ, Kanada, Yaponiya və Almaniyadan olan istifadəçilər üzləşiblər. 
 

# 3072
avatar

Oxşar yazılar