İLK DƏFƏ : “Tweet redaktə” xüsusiyyətinin təfərrüatları ortaya çıxdı
30 sentyabr 2022 15:50 (UTC +04:00)

İLK DƏFƏ: “Tweet redaktə” xüsusiyyətinin təfərrüatları ortaya çıxdı

“Twitter” tvit redaktə funksiyasının necə işləyəcəyini göstərən paylaşım edib.

Lent.az “Twitter Blue”unun rəsmi hesabından edilən paylaşıma istinadən xəbər verir ki, illərdir gözlənilən xüsusiyyət barədə bəzi detallar açıqlanıb.

Dünyanın ən məşhur mikrobloq platforması olan “Twitter” uzun müddətdir ki, tvit redaktə funksiyası üzərində işləyirdi.

“Twitter”in paylaşımına baxdığımız zaman, paylaşımların redaktə edilməmişdən əvvəl necə görünəcəyini də anlayırıq. Bununla belə, istifadəyə veriləcək xüsusiyyət haqqında hələ də tam məlumat yoxdur. Misal üçün; Redaktə tarixçəsini gizlətmək üçün seçim olub-olmadığı bilinmir. Bir tvit üçün limitsiz redaktəyə icazə verilib-verilmədiyi, bir və ya bir neçə dəfə redaktə edəcəyimiz də aydın deyil. Bütün bunlara əlavə olaraq deyə bilərik ki, tvit redaktə xüsusiyyəti ilkin olaraq “Twitter Blue” abunəçiləri üçün ola bilər.

Görünən odur ki, “Twitter”dən ödənişsiz şəkildə faydalanan istifadəçilər bir az daha gözləməli olacaqlar.

Lətif İsmayılov

# 1890
avatar

Oxşar yazılar

Simsiz qulaqlıqları olan SMART SAATLAR - VİDEO

Simsiz qulaqlıqları olan SMART SAATLAR - VİDEO

6 dekabr 2022 , 13:33
“WhatsApp”a  maraqlı və yeni EMOJİLƏR gələcək - FOTO

“WhatsApp”a maraqlı və yeni EMOJİLƏR gələcək - FOTO

6 dekabr 2022 , 10:37
Mobil telefon villada yanğına səbəb oldu 

Mobil telefon villada yanğına səbəb oldu 

6 dekabr 2022 , 05:51
Ən güclü telefonların adı  AÇIQLANDI – SİYAHI

Ən güclü telefonların adı AÇIQLANDI – SİYAHI

5 dekabr 2022 , 16:12
İnsanları öldürən robotlar hazırlanıb

İnsanları öldürən robotlar hazırlanıb

5 dekabr 2022 , 12:44
Uşaqlar üçün yeni SMART SAATLAR:  Videozənglər mümkündür - FOTO

Uşaqlar üçün yeni SMART SAATLAR: Videozənglər mümkündür - FOTO

5 dekabr 2022 , 12:03
“iPhone” Çində yığılmayacaq?

“iPhone” Çində yığılmayacaq?

4 dekabr 2022 , 08:18
Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

3 dekabr 2022 , 21:24