“iPhone 17” modeli haqqında məlumatlar SIZDIRILDI
01 iyun 2023 10:25 (UTC +04:00)

“iPhone 17” modeli haqqında məlumatlar SIZDIRILDI

iPhone 17 və 17 Plus-ın texniki xüsusiyyətləri internetdə yayılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2025-ci ilin əsas iPhone modelləri daha böyük diaqonal, qeyri-standart aspekt nisbəti və yeniləmə dərəcəsi ilə gələcək. 

Məlumata görə, iPhone 17 və 17 Plus-ın ekranları iPhone 16 və 16 Plus-da 6,12 və 6,69 düymdən 2,5% fərqlə müvafiq olaraq 6,27 və 6,86 düymədək artacaq. Aspekt nisbəti də dəyişəcək: hazırkı 19,5:9, yenisi isə 19,6:9 olacaq.

Həmçinin, baza 2025 iPhone displeyləri ProMotion adaptiv yeniləmə dərəcəsi texnologiyasını dəstəkləmək üçün LTPO substratı alacaq. Bunun sayəsində ekranlar, istifadə vəziyyətindən asılı olaraq, 1 ilə 120 Hz tezliyində yenilənə bilər.

# 2148
avatar

Fidan İlqar

Oxşar yazılar