Kompüteri 1000 dəfə sürətləndirməyin  yolu
09 iyul 2025 16:40 (UTC +04:00)

Kompüteri 1000 dəfə sürətləndirməyin yolu

Amerikalı alimlər elektron materialların xüsusiyyətlərini idarə etməyə imkan verən qabaqcıl bir üsul hazırlayıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu texnologiya elektronikanın iş sürətini min dəfə artıraraq terahers (THz) prosessorların yaradılmasına yol aça bilər. 

Yeni metod nəyə əsaslanır?

Şimal-Şərq Universitetinin alimləri 1T-TaS₂ adlı kvant materialından istifadə ediblər. Bu material işıq və temperaturun təsiri altında dərhal keçirici və izolyasiyaedici hallar arasında keçid edə bilir.

Tədqiqatçılar bu prosesi “termal sönümə” (thermal quenching) adlandırırlar. Bu üsul materialın keçiriciliyini misli görünməmiş dəqiqliklə idarə etməyə imkan verir.

Yeni yanaşmanın üstünlükləri

Hazırkı çiplər silisiuma əsaslanır və keçirici ilə izolyator komponentləri arasında çox mürəkkəb interfeyslərə ehtiyac duyur. Yeni texnologiya isə bu fərqli materiallara ehtiyacı aradan qaldırır, bir material işıqla idarə oluna bilir, bu isə cihazların dizaynını sadələşdirir və iş sürətini artırır. Əvvəlki cəhdlər keçiriciliyə nəzarəti yalnız çox aşağı temperaturda və çox qısa müddətlik təmin edə bilirdi. İndi isə bu dəyişikliklər otaq temperaturunda sabit şəkildə həyata keçirilə bilir.

Nə üçün bu inqilab sayıla bilər?

Tədqiqatın baş müəllifi Alberto de la Torre qeyd edir: "Hazırda prosessorlar gigahers tezliyində işləyir. Amma bizim texnologiya terahers səviyyəsinə keçidi mümkün edir". 

Mütəxəssislər bildirirlər ki, silisium texnologiyası artıq fiziki limitlərinə çatmaqdadır. Bu isə o deməkdir ki, kvant materialları yaxın gələcəkdə hesablama texnologiyalarının növbəti nəsli üçün əsas ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar