"Nothing" şirkəti yeni telefon üzərində ÇALIŞIR
01 fevral 2023 10:37 (UTC +04:00)

"Nothing" şirkəti yeni telefon üzərində ÇALIŞIR

Nothing şirkətinin təsisçisi və "CEO"su olan Carl Pei şirkətin artıq "Nothing Phone 2" üzərində çalışdığını deyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda, o, yeni smartfonun çıxış müddətini və onun birinci Nothing Phone-dan nə ilə fərqlənəcəyini açıqlayıb.

Belə ki, Carl Pei "Nothing Phone 2"i bu ilin sonuna yaxın təqdim olunacağı və ilk növbədə ABŞ bazarı üçün nəzərdə tutulacağını qeyd edib. Onun sözlərinə görə, yeni smartfonda şirkət mütəxəssisləri öz əsas diqqətlərini proqram təminatına və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına ayıracaqlar. Bunun vasitəsilə şirkət daha çox istifadəçini özünə cəlb etmək istəyir.

Qeyd edək ki, "Nothing Phone 1"dən fərqli olaraq "Nothing Phone 2" daha premium smartfon olacaq. Çox güman ki, smartfon daha flaqman texniki özəlllikləri ilə təchiz olunacaq. Təbii ki, bu da öz növbəsində onun satış qiymətinə təsir göstərəcək. 

# 3423
avatar

Fidan İlqar

Oxşar yazılar