Qoyunla insanın hibridi yaradıldı
28 fevral 2023 07:41 (UTC +04:00)

Qoyunla insanın hibridi yaradıldı

Kaliforniya Universitetinin laboratoriyasında 2017-ci ildən aparılan səs-küylü tədqiqatın nəticələri məlum olub.

Lent.az-ın məlumatına görə, laboratoriyada insan-heyvan hibridini yaratmaq mümkün olub. Hüceyrə səviyyəsində embrionun 0,01%-i insana məxsus olub. Lakin qanun icazə vermədiyi üçün embrionu 28 gündən çox inkişaf etdirmək mümkün olmayıb. 

Laboratoriyada yaradılan embrion insanla qoyunun hibridi olub. Əvvəlki illərdə donuzla da hibrid yaratmaq mümkün olub.
Alimlər hibridləri yaradaraq onların orqanlarından transplantasiya üçün istifadə etmək istəyirlər. Lakin bunun üçün embriondakı insan hüceyrələrinin payı 10 mində birdən yuxarı olmalıdır.

# 2787
avatar

Oxşar yazılar