"Twitter"də bloklanmış hesablar AÇILACAQ
26 noyabr 2022 14:20 (UTC +04:00)

"Twitter"də bloklanmış hesablar AÇILACAQ

İlon Mask "Twitter" də bloklanmış hesabları bərpa edəcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, o bildirib ki, lakin hesabların bərpası bloklanmış bütün hesablara şamil olunmayacaq.

Onun sözlərinə görə, ilk növbədə "Twitter"də rəhbərliyin dəyişilməsindən bir xeyli müddət öncə bloklanmış istifadəçi hesabları bərpa ediləcək.

Amma əsas məsələ bu, həmin istifadəçi hesablarının qanunları pozmadıqları və spamların yayılmasında iştirak etmədikləri müəyyən ediləndən sonra reallaşdırılacaq. Əks halda həmin hesablar bloklanmış vəziyyətdə qalacaqlar.

İlon Mask bloklanmış hesabların bərpa edilməsi prosesinə gələn həftə start veriləcəyini də istifadəçilərlə bölüşüb. Amma bu prosesin nə qədər zaman alacağı bilinmir.

# 2523
avatar

Fidan İlqar

Oxşar yazılar