Xiaominin qatlana bilən qapaqlı telefonu - YENİLİK
07 iyun 2023 10:27 (UTC +04:00)

Xiaominin qatlana bilən qapaqlı telefonu - YENİLİK

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal edirlər.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, OPPO və vivo kimi brendlərin portfoliolarında artıq həm adi qatlana bilən (Galaxy Z Fold-a bənzər) həm də qatlana bilən qapaqlı (Galaxy Z Flip-ə bənzər) smartfonlar mövcuddur. Lakin ilk qatlana bilən smartfonlardan birini təqdim etmiş Xiaomi şirkətinin portfoliosunda hələ ki, Flip form-faktoruna sahib smartfon mövcud deyil.

Qatlana bilən smartfonlar bazarındakı vəziyyət onu göstərdi ki, alıcılar daha çox məhz Flip form-faktoruna sahib smartfonlara üstünlük verirlər. Görünür, Xiaomi də artıq bu form-faktora sahib smartfonların nə dərəcədə məşhur olduqlarını inkar etmir. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Xiaomi Flip form-faktoruna sahib fərdi smartfonu üzərində işlərə artıq start verib. İnsayderin sözlərinə əsasən Xiaomi-nin qatlana bilən qapaqlı smartfonunun əsas üstünlükləri arasında maksimal dərəcədə yüngül çəki və nazik gövdə olacaq. Smartfonun 2024-cü ildən tez təqdim olunacağı gözlənilmir. Onun nəticədə Mix Flip adlanacağı istisna deyil.

# 2820
avatar

Oxşar yazılar