11 yaşlı qız ƏN GƏNC ANA OLDU
29 iyun 2021 20:16 (UTC +04:00)

11 yaşlı qız ƏN GƏNC ANA OLDU

Böyük Britaniyada 11 yaşlı bir qız sağlam bir körpə dünyaya gətirib və “ölkənin ən gənc anası olub”.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ingiltərəli yeniyetmə 10 yaşında hamilə qalıb. Uşaq 2021-ci il iyun ayının sonunda, hamiləliyin 31-ci həftəsində doğulub və yeni ana valideynlərinin təəccübləndirib.

Həkimlərin sözlərinə görə, ana və yeni doğulan körpə özlərini yaxşı hiss edirlər.

Qızın ailəsinə yaxın mənbənin məlumatına görə, doğuş valideynləri üçün “böyük şok” olub.
 
Həkim Kerol Kuper qızların yetkinlik yaşına çatma üçün ortalama yaşının on bir olduğunu söyləyib. Amma  bu daha erkən - səkkiz ilə on dörd yaş arasında ola bilər.
 
Hər şey konkret uşağa bağlıdır.

“Bu, bildiyimə görə ən gənc anadır. Belə bir gənc yaşda doğuş bir çox risk ilə əlaqələndirilir, məsələn, bir körpə çox az çəkidə və vaxtından əvvəl doğula bilər və preeklampsiya (hamiləliyin ikinci yarısında baş verən çox sistemli patoloji vəziyyət) ehtimalı da yüksəkdir”, - o, vurğulayıb.
 

# 7206
avatar

Oxşar yazılar