18 yaşında hamilə qalan qadının üç uşağı doğuldu
10 sentyabr 2021 10:02 (UTC +04:00)

18 yaşında hamilə qalan qadının üç uşağı doğuldu

Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

Lent.az-ın məlumatına görə, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər bildiriblər ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır:

"Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".

# 2286
avatar

Oxşar yazılar