9 yaşlı məktəbli qız  hamilə qaldı
02 noyabr 2022 19:45 (UTC +04:00)

9 yaşlı məktəbli qız hamilə qaldı

Zimbabvedə doqquz yaşlı məktəbli qızın hamiləliyi ilə bağlı ilk hadisə qeydə alınıb.
 
Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, uşaq ilin sonuna qədər dünyaya gəlməlidir.

Qızın hamiləliyin 33-cü həftəsində Bulavayo şəhərindəki xəstəxanaya aparıldığı qeyd edilir. Xəstəxananın baş meneceri vəzifəsini icra edən Harrison Rambanapasi deyib ki,  belə bir hadisənin olduğunu təsdiqləyə bilər.

Hökumət xidmətləri bu işin bütün təfərrüatlarını müəyyən etmək üçün araşdırmalara başlayıb. Atanın axtarışları davam edir.
 

# 4533
avatar

Oxşar yazılar