Azərbaycanda yeni doğulan uşaqlara ən çox bu ADLAR  qoyulur - RƏSMİ
11 avqust 2021 12:03 (UTC +04:00)

Azərbaycanda yeni doğulan uşaqlara ən çox bu ADLAR qoyulur - RƏSMİ

Bu ilin birinci yarımilində yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.

Lent.az-ın məlumatına görə, bunu “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

O qeyd edib ki, bu ilin I yarımilində ən çox qoyulan oğlan adları Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd, qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələkdir.

# 6834
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar