Doqquz yaşlı uşaq  orta məktəbi bitirdi:   İddialı planları var
10 fevral 2023 01:12 (UTC +04:00)

Doqquz yaşlı uşaq orta məktəbi bitirdi: İddialı planları var

Amerikanın Pensilvaniya ştatının Harrisberq şəhərindən olan doqquz yaşlı uşaq orta məktəbi bitirib, astrofizik olmaq qərarına gəlib və universitetə daxil olmağa hazırlaşır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, doqquz yaşlı Devid Boloqan orta məktəbi distant yolla bitirib və diplomunu alıb, ölkə tarixinin ən gənc məzunlarından birinə çevrilib. Oğlan sevimli müəllimlərinə minnətdardır və onlar da öz növbəsində qeyri-adi ağıllı şagirddən çox şey öyrənə bildiklərini bildirirlər.

"Devid ruhlandırıcı uşaq idi, o, şübhəsiz ki, sizin tədrisə baxış tərzinizi dəyişdirənlərdən biridir", - müəllim Kodi Derr deyib. Oğlan Mensa vunderkind klubuna daxildir.

Uşağın valideynləri də yaxşı təhsil alsalar da, intellektual qabiliyyətli oğul böyütməyin asan olmadığını bildiriblər. “Onun doqquz yaşı var, beyni bu yaşdan sonra, hətta bəzən mənim dərk edə bilməyəcəyim bir çox anlayışı dərk edə bilir”, -  uşağın anası Ronya Boloqan bildirib.

Oğlanın iddialı planları var. "Mən qara dəlikləri və fövqəlyeni ulduzları tədqiq edən astrofizik olmaq istəyirəm", - Devid deyib. O, elmi və proqramlaşdırmanı sevir. Digər şeylər arasında, oğlan qara kəmər əldə etməyə çalışdığı döyüş sənəti ilə məşğul olur. Digər idman növlərini də sevir və pianinoda ifa edir.

Boloqan Baks Kaunti kollecində bir semestr keçirdikdən sonra ailə ölkə daxilində uyğun kollec və universitetlər axtarmağa başladı.

# 3357
avatar

Oxşar yazılar