Əfqanıstanda 8 uşaq aclıqdan ölüb
24 oktyabr 2021 19:16 (UTC +04:00)

Əfqanıstanda 8 uşaq aclıqdan ölüb

Əfqanıstan parlamentinin deputatı Məhəmməd Mohakik ölkə paytaxtının qərb hissəsində 8 uşağın aclıqdan öldüyünü açıqlayıb. 

“Kabulun qərbində yoxsulluq və aclıq səkkiz uşağın ölümünə səbəb olub” deyən siyasətçi ərazidə həzərilər icmasının yaşadığını qeyd edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Mohakik əlavə edib ki, hakiyyətə gələn “Taliban” insanlar üçün adekvat həyat səviyyəsini təmin etmir və beynəlxalq ictimaiyyəti Əfqanıstanın həzərilərinə və şiələrinə yardım göstərməyə çağırıb.


 

# 8163
avatar

Oxşar yazılar