Fərqli rəngli  əkizlər doğuldu
25 avqust 2022 14:46 (UTC +04:00)

Fərqli rəngli əkizlər doğuldu

Böyük Britaniyadan olan 29 yaşlı Çantel Bruqton fərqli dəri rənglərinə malik unikal əkizlər dünyaya gətirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Eyon adlı oğlan və Əzirə adlı qız 2022-ci ilin aprelində Nottingem şəhər xəstəxanasında doğulub. Qadının dediyinə görə, doğuşdan dərhal sonra uşaqlar eyni görkəmdə olsalar da, bir neçə aydan sonra Əzirənin rəngi tündləşib.

Hazırda uşaqların görünüşü kəskin şəkildə fərqlənir. Oğlanın açıq dərisi və yaşıl gözləri var, qızın isə dərisi tünd və gözləri qəhvəyidir.

Əkizlərin anası qarışıq irqdəndir, ana tərəfdən babası Nigeriyadandır. Eyon və Əzirənin 29 yaşlı atasının əcdadları Şotlandiya və Yamayka mənşəlidir.

Bruqton deyir ki, ailə çölə çıxanda uşaqlar insanların diqqətini çəkir. Onun sözlərinə görə, yoldan keçənlər hər iki uşağın qohum olub-olmaması ilə bağlı tez-tez valideynlərlə maraqlanırlar.

# 2712
avatar

Oxşar yazılar