Körpələri peyvənd etmədən koronavirusdan  necə qorumaq olar?
15 yanvar 2023 17:19 (UTC +04:00)

Körpələri peyvənd etmədən koronavirusdan necə qorumaq olar?

Florida Universitetinin alimləri COVID-19-a qarşı peyvənd olunmuş qadınlardan alınan ana südünün yaşa görə peyvənd üçün uyğun olmayan körpələri qoruduğuna dair əlavə sübutlar əldə ediblər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, araşdırmada 37 ana və 25 körpə iştirak edib. Alimlər qadınların ana südü və uşaqların nəcis nümunələrini analiz ediblər. Tədqiqat həmçinin peyvənddən qısa müddət və altı ay sonra anaların plazmasında və ana südündə aşkar edilən antitelləri ölçüb və sınaqdan keçirib.

Tədqiqatçılar körpələrin nəcislərində tapılan antitellərin virusa qarşı qorunma təmin etdiyini sübut ediblər.

Tədqiqatçıların fikrincə, COVID-19-a səbəb olan virus əsasən ağciyərlərə təsir göstərsə də, bağırsaqlara da daxil ola bilər, ona görə də orada antitel tapmaq vacibdir. Onlar həmçinin qeyd ediblər ki, ana südündən alınan antitellər körpələrin ağız boşluğunda və mədə-bağırsaq traktında qoruyucu örtük yarada bilir.
 

# 1863
avatar

Oxşar yazılar