Körpəm məni nə zaman eşitməyə başlayır?
16 sentyabr 2021 17:44 (UTC +04:00)

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, körpələr ana bətnində müəyyən səslərə reaksiya verə bilərlər.

4-5 həftəlik körpənin embrionundakı hüceyrələr üzündə, beyində, burnunda, qulağında və gözündə yerləşir. 9-cu həftədə körpənin qulaqları əmələ gəlir, 18-ci həftədə inkişaf edir və körpə səslər eşitməyə başlayır. 25-26-cı həftələr içində eşitdikləri səslərə reaksiya göstərməyə başlaya bilərlər.
Bətndəki 6 aylıq körpə, valideynlərinin səsini tanımaya bilər. Ən çox eşitdikləri səs analarının səsidir. Ananın ürək döyüntülərini, bağırsaq hərəkətlərini, böyük damarlarda qan axınını da eşidir. Körpəniz ananın və başqa xarici səsləri eşidəndə hərəkət edə, həyəcanlana və reaksiya verə bilər.

Körpənizlə danışın və klassik musiqi dinləməsini təmin edin. Klassik musiqi körpənin beyin inkişafını artıra biləcəyinə dair heç bir dəlil olmasa da, musiqi heç bir ziyan verməz. Hamiləlik boyunca eşidiləcək səslə hekayələr oxuya və gündəlik baş verənləri danışa bilərsiniz.

# 3051
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar