Qadın bir ay fərqlə əkiz uşaq DOĞDU
25 may 2023 17:21 (UTC +04:00)

Qadın bir ay fərqlə əkiz uşaq DOĞDU

Böyük Britaniyanın Leminster şəhərinin 30 yaşlı sakini Sofi Smol 28 gün fərqlə əkizlərin anası olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, əvvəlcə britaniyalı qadın qızı Holliyə və bir ay sonra o Darsi adını daşıyan ikinci qıza hamilə qalıb.

Qadının dediyinə görə, daim baş ağrısı və ürəkbulanmadan əziyyət çəkib. O, 7 həftə ərzində 8 dəfə xəstəxanaya aparılıb, sistem altında yatıb.

Sophie Small, müxtəlif dövrlərdə inkişaf edən uşaqlara hamilə olduğu üçün özünü pis hiss etdiyini, lakin əvvəlcə həkimlərin nə baş verdiyini anlaya bilmədiklərini söyləyib. Yalnız yeddinci həftədə həkimlər bir körpənin digərindən daha böyük olduğunu görüblər. 

Bu, superfetasiya adlanan nadir bir fenomendir - hamiləliyin başlamasından bir müddət sonra ikinci yumurtanın döllənməsi.

# 2595
avatar

Fidan İlqar

Oxşar yazılar