Sərxoş ana bir yaşlı qızını  qarın üstünə atdı
09 fevral 2023 16:02 (UTC +04:00)

Sərxoş ana bir yaşlı qızını qarın üstünə atdı

Ufa sakini sərxoş vəziyyətdə bir yaşlı çılpaq qızını qarın üstünə atıb. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, Voloqodskaya küçəsindəki evlərdən birinin sakini eyvanda olarkən uşağın ağladığını eşidib. Kişi aşağı düşüb yolda oturan qadını görüb, onun yanında qar içində bir uşaq yatıbnış.

Qız dərhal isti yerə köçürülüb. Hadisə yerinə gələn həkimlər hipotermiya və kəskin respirator infeksiyası olan uşağı xəstəxanaya yerləşdiriblər.

Sərxoş ana polis bölməsinə aparılıb. Məlum olub ki, qadının daha dörd övladı var. O, valideynlik hüququndan məhrum edilib və adam öldürməyə görə məhkumluğu da var imiş

# 2193
avatar

Oxşar yazılar