Siam əkizləri haqqında  vacib faktlar
30 may 2022 18:57 (UTC +04:00)

Siam əkizləri haqqında vacib faktlar

CNN birləşmiş və ya siam əkizləri ilə bağlı bəzi mühüm və maraqlı faktları açıqlayıb.

Lent.az bildirir ki, açıqlamaya görə, siam əkizləri bədənin müəyyən hissəsində bir-birinə fiziki olaraq bağlı olur.

Minnesota Universitetinin məlumatına görə, siam əkizləri 200.000 doğuşdan birində olur. Siam əkizlərinin təxminən 70 faizə qədəri qız uşaqları olur.

Siam əkizləri eyni cinsdən doğulur.

Siam əkizlərinin forması onların birləşdiyi yerə aiddir.

Ən çox qeyd edilən 5 siam əkiz birləşməsi: torakopaq (ürək, qaraciyər, bağırsaqlar), omfalopaqus (qaraciyər, öd ağacı, bağırsaqlar), piqopaqus (onurğa, düz bağırsaq, sidik yolları), işiopaqus (çanaq, qaraciyər, bağırsaqlar, sidik yolları) və kraniopaqus (beyin, beyin qişaları).

Alimlər hesab edirlər ki, siam əkizləri bölünmə zamanı tamamilə ayrıla bilməyən bir mayalanmış yumurta hüceyrəsindən inkişaf edir.

"Siam əkizlər" ifadəsi 1811-ci ildə Siamda (İndi Tayland) anadan olan Enq və Çanq Bunker birləşmiş əkizlərinin doğulması sayəsində yaranıb.

Onlar 63 yaşına qədər yaşayıb, səyyar sərgilərdə iştirak ediblər. Çanq və Enqin hər ikisi evlənib və ümumilikdə 21 övladları olub.

1955-ci ildə Çikaqodakı Mersi xəstəxanasının neyrocərrahı Harold Voris birləşmiş əkizləri ayırmaq üçün ilk uğurlu əməliyyatı həyata keçirib.

# 3579
avatar

Oxşar yazılar