Təcavüzə məruz qalan QIZ UŞAQLARININ  əlaməti 
01 iyul 2021 22:18 (UTC +04:00)

Təcavüzə məruz qalan QIZ UŞAQLARININ əlaməti 

Dünyada hər gün yüzlərlə uşaq cinsi təcavüzə məruz qalır. Psixoloqlar davamlı olaraq valideynlərə övladlarının davranışlarına, çəkdikləri rəsmlərə diqqət etməyi məsləhət görür. 

Lent.az xarici KİV-ə istinadən cinsi istismara məruz qalan qız uşaqlarının davranışlarındakı əlamətləri təqdim edir: 

Özunə qapanır 

Təcavüzə məruz qalan qız uşaqları özünə qapanır, davamlı olaraq özləri ilə danışır, sual verir. Baş verən hadisədə özlərini günahkar bilirlər, məsum və günahsız olduğunu dərk edə bilmir. Bütün bunlardan sonra uşaq sakit yerdə olmaq və ya yatmaq istəyir.

Depressiyaya düşür

İçindəki sıxıntını yenidən yaşayır. Kənardan ona edilən tənqidləri qəbul edə bilmir. Qız uşağının xarici görünüşündəki sakit və hüzurlu görünüşə aldanmayın. Özünə qarşı qəzəbli olan uşaqlar, bir də kənardan tənqidlərə məruz qaldıqda çıxış yolu kimi intiharı seçirlər. 


Güclülərə sığınırlar

Baş verən hadisədən qorxduqları, travma aldıqları üçün öz gücləinə inanmır, hər zaman ətrafında güclü bir insanın olmasını istəyirlər. 

Oğlanlarla dostluq edirlər 

Cinsi istismara məruz qalan qızlar oğlan uşaqları ilə dostluq edirlər. Özlərini kişilərə hələ də etibar edilə biləcəyini, problemin bütün kişilərdə deyil, bəzilərində olduğuna inandırırlar. 

Özlərini dəyişdirirlər

Həmin anı yaddaşından silmək üçün geyim tərzlərini, saçlarını, davranışlarını dəyişdirirlər. Analarının rəfiqələri ilə söhbət etmək, paltarlarını geyinməyə üstünlük verirlər. 


 

# 3849
avatar

Nigar Adil

Oxşar yazılar